Ünvanlı sosial yardım qoyunla verilsin - Deputatdan təklif

Ünvanlı sosial yardım qoyunla verilsin - Deputatdan təklif
  29 Fevral 2016    Oxunub:2619
Azərbaycanda ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşma tətbiq oluna bilər.
AzVision.az fins.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib. Onun sözlərinə görə, məqsəd ələbaxımlılığın qarşısını almaqdır:

“Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur. Dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik”.

Hadı Rəcəbli qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmaq istəyir:

“Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür”.

AzVision.az


Teqlər:  





Xəbər lenti