ARDNŞ-də imtahan olacaq

ARDNŞ-də imtahan olacaq
  11 İyul 2013    Oxunub:3340
İyulun 15-də “SOCAR yay məktəbi - 2013” layihəsinin birinci tur-test imtahanı keçiriləcək.
İyulun 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentində “SOCAR yay məktəbi - 2013” layihəsinin birinci tur-test imtahanı keçiriləcək. İmtahanda yay məktəbinin namizədlər bölməsində adları qeyd olunanlar iştirak edə bilərlər. Test imtahanı namizədlərin məntiqi təfəkkürünün yoxlanılması istiqamətində olacaq.

Testlər Azərbaycan və rus dillərində tərtib olunmuş və 50 məntiq sualından ibarət olacaq. İmtahanda 50 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir və səhv cavablar düzgün cavablandırılan sualların sayına təsir göstərmir.

İmtahanın müddəti 90 dəqiqə olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti