I sinfə qəbul başladı - VİDEO

I sinfə qəbul başladı - VİDEO
  01 Mart 2016    Oxunub:1703
Bu gündən etibarən təhsil nazirinin müvafiq əmrinə əsasən 2016-2017-ci dərs ili üçün Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarının I sinfinə şagird qəbulu başlayıb.

AzVision.az verir ki, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.



Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti