TQDK imtahan keçiriləcək bölgələrin sayını artırıb - SİYAHI

TQDK imtahan keçiriləcək bölgələrin sayını artırıb - SİYAHI
  11 İyul 2013    Oxunub:1161
İmtahan mərkəzləri və onlara aid olan şəhər və rayonlara dair məlumat
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artıraraq onların aşağıdakı qaydada təşkil edilməsini qərara alıb.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, qəbul imtahanları bütün ixtisas qrupları üzrə aşağıda cədvəldə göstərilən bölgələrdə yaradılmış imtahan mərkəz­lərin­də keçiriləcək:



Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.

İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.

Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən “İmtahana buraxılış vərə­qəsi”ni çap etməlidir. “İmtahana buraxılış vərə­qəsi”ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.

Ali təhsil müəssisələrinə qəbul imtahanları aşağıda göstərilən tarixlərdə keçiriləcək.

III ixtisas qrupu – 14 iyul 2013-cü il
I ixtisas qrupu – 21 iyul 2013-cü il
IV ixtisas qrupu – 28 iyul 2013-cü il
II ixtisas qrupu – 3 avqust 2013-cü il

AzVision.az


Teqlər:  





Xəbər lenti