Dünənə qayıtmaq istəyirsiniz? - Mütləq Oxuyun

Dünənə qayıtmaq istəyirsiniz? - Mütləq Oxuyun
  02 Mart 2016    Oxunub:3579
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 1-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Onlar Türkiyənin ən zəngin insanlarıdır

Forbes jurnalı Türkiyənin “100 ən zəngin insan”ının adını açıqlayıb. Nəşrin məlumatına görə, Türkiyənin ən varlı adamı Murat Ülkerdir. Onun sərvəti 2,9 milyard dollardır.

***

OPEK neft hasilatını aşağı saldı - REKORD

OPEK neft hasilatının sutkalıq həcmini fevralda 280 min barel azaldıb. Fevral ayı ərzində OPEK ölkələrinin ümumi hasilat həcmi sutkada 32,37 milyon barel təşkil edib.

***

Sarkisyan beşinci naziri işdən çıxardı

Ermənistan prezidenti Serj Sarkisyan energetika və təbii sərvətlər naziri Ervand Zaharyanı işdən çıxardıb.

***

Dilqəm Əsgərov ermənilərdən əfv istəmədi

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib. Bu barədə azərbaycanlı girovun “vəkili`i Erik Beqlaryan jurnalistlərə açıqlamasında verib.



Əqrəblər bir saat irəli çəkiləcək

Azərbaycan bu ay yay vaxtına keçəcək. Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.

***

İrəvanda kütləvi dava - `Paparazzi`ni dağıtdılar

Ermənistanın paytaxtı İrəvanda gecə klublarının birində kütləvi dava baş verib. Hadisə `Paparazzi` klubunda gənclər arasında baş verib.

***

Nazarbayev xalqdan niyə üzr istədi?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə keçirilən`Minnətdarlıq günü` münasibətilə vətəndaşlara müraciət edərək, ondan incikliyi olan şəxslərdən üzr istəyib.

***

Azərbaycan Avropaya televizor satacaq - 180 dollara

Gürcüstan – Azərbaycan birgə şirkəti olan “AG Telekom” televizor istehsalına başlayır. İstehsal olunan ilk televizor 2016-cı ilin aprel ayında alıcılara təqdim olunacaq.

***

“Azərbaycanla razılıq əldə etmişik” - Kaladze

“Azərbaycandan əlavə həmcdə qazın alınmasına dair razılıq əldə olunub”. Bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

***

Bakıda sağ ikən qəbir almaq qadağan olunub

Bakı şəhərində yerləşən qəbristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub. Bunu Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Tryestinin baş mühəndisi Sabir Həsənov deyib.



Merkel pivə içərkən, ağlayan miqrantlar... - FOTOLAR

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Bayram üçün ucuz yarmarkalar - SİYAHI

Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 12-20 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edəcək.

***

Ermənilər şokda: səfir ölkəsini biabır etdi

"Bilirsiniz, bəzən dayanmalı, nə etdiyimizi düşünməli, bəzi məqamları təhlil etməli, eyforiyaya qapılmamalıyıq. Bizim, yəni ermənilərin yanlışlıqları az deyil və onların arasında ən başlıcası absolyut həqiqət olmadığına əsla şübhə etmədiyimiz məsələlərin dünyada tamamən fərqli şəkildə qəbul olunmasıdır". Ermənistanın Gürcüstandakı səfiri Yuri Vardanyanın "Hayartun" mərkəzində fevralın 26-da, "erməni soyqırımı"nın beynəlxalq miqyasda tanınması ilə məşğul olan Koordinasiya Komitəsinin iclasındakı çıxışı böyük qalmaqal yaradıb.

***

Di Kaprio `Oskarı`nı restoranda unutdu - VİDEO

“Sağ qalmış” filmində oynadığı rola görə ən yaşı kişi ifaçısı nominasiyasında “Oscar” mükafatı alan Hollivud ulduzu Leonardo Di Kaprio öz mükafatını yaddan çıxardaraq restoranda qoyub.

***

`Universitetlər birləşdirilməlidir...` - Deputatdan təklif

“Cənab prezidentin tapşırığına əsasən Azərbaycanda özəlləşdirmə ilə bağlı proqram hazırlanır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

***

Prezidentdən sərəncam - Bütün əmanətlər sığortalanacaq

Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 101 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

***

Azərbaycanda ixracla bağlı inqilabi FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

***

Bank əmanətləri 3 il vergidən azad edildi

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli qanununun tətbiqi barədə sərəncam imzalayıb.




Səyyar ASAN Saatlıda xidmət göstərir - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada bölgələrdə əhaliyə xidmət göstərməkdə davam edir.

***

Gürcüstanda xristianlarla müsəlmanlar arasında qarşıdurma

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayonunda xristian və müsəlman gürcülər qarşıdurma baş verib.

***

Bakıda evlər 2 dəfə ucuzlaşıb

Bakının bəzi ərazilərində evlərin real qiyməti 2 dəfə aşağı düşüb.

***


Əfv Komissiyası toplandı - Bayramda əfv olacaq?

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

***

Dollar əmanətlərinin sığortalanması qaydası dəyişdi

Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 1 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12 faiz müəyyən edilib.

***

Bulvarda Novruz şənliyi - Bu il fərqli olacaq

Martın 19-da Bakıda Dənizkənarı Bulvarda bayram şənliyi keçiriləcək. Bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.



Mehriban Əliyevaya `2015-ilin adamı` mükafatı təqdim edildi - Fotolar

Martın 1-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

***

Məşhur Şahrux Xan Bakıya gəlmək istəyir

Məşhur Bollivud ulduzu Şahrux Xan Azərbaycana gəlmək istəyir. Aktyor bu barədə sosial şəbəkədəki hesabında yazıb.

***

Maşın almaq üçün əsl vaxtdır

Ötən həftə Bakının avtomobil bazarında nisbi canlanma müşahidə edilib ki, bazar iştirakçıları bunu qiymətlərin ən aşağı həddi ilə izah ediblər.

***

`Biz heç bir məktubu cavabsız qoymuruq` - Mehriban Əliyeva

"Heç bir təzyiq, heç bir çətinlik, üzləşdiyimiz ədalətsizliklər Azərbaycan xalqının xoş niyyətini və birliyini sarsıda bilmədi. Əminəm ki, bundan sonra da sarsıda bilməyəcək". Bunu Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimində bildirib.

***

Dünyanın ən zəngin insanları - YENİ SİYAHI

Məşhur "Forbes" jurnalı dünyanın ən zəngin insanlarının yeni reytinqini açıqlayıb.

***

Moqerini İrəvanda Qarabağdan danışdı

Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyır. Bunu İrəvanda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti