Bəzi siqaretlərin qiyməti ucuzlaşdı

Bəzi siqaretlərin qiyməti ucuzlaşdı
  02 Mart 2016    Oxunub:2950
“Imperial Tobacco” təmsil olunduğu ölkələrin makroiqtisadi göstəricilərinin dinamikasını yaxından izləyir, qiymət siyasətini və bütövlükdə işini bu dəyişikliklərə uyğun qurmağa çalışır.

Bu prinsipə əsaslanaraq, Azərbaycan manatının xarici valyutalara qarşı möhkəmlənməsi fonunda “Imperial Tobacco” məmulatlarının qiyməti mart ayının 1-dən azaldılır.

Şirkətə aid tütün məmulatlarının yeni pərakəndə satış qiymətləri belədir:

Davidoff– 3 AZN
WestCompact – 2 AZN
Imperial ClassicSlimsvə Imperial ClassicCompact – 1.80 AZN
ClassicKingSize – 1.60 AZN
Prima Deluxe – 1.40 AZN
P&S – 2 AZN

Qeyd edək ki, dünyanın ən iritütün və tütün məmulatları istehsal edən şirkətləri sırasında yer almış Böyük Britaniyanın “Imperial Tobacco” şirkəti Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir.

AzVision.az


Teqlər:  





Xəbər lenti