Əflatun Amaşov hesabat verdi

Əflatun Amaşov hesabat verdi
  11 İyul 2013    Oxunub:971
"Ötən Qurultaydan sonra Mətbuat Şurasına 2871 müraciət daxil olub. Bunlardan 744 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib".
AzVision.Az-ın verdiyi xəbərə görə, bu sözləri Mətbuat
Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VI
qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən müddətdə Şuraya daxil olan şikayətlərin 728-nə komissiyalarda baxılıb. Bunlardan 511-i Şikayətlər üzrə Komissiyada, 96-ı “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 17-i Mətbuatla dövlət qurumları
arasında problemlərin həlli Daimi Komissiyasında, 24-ü Sosial-
iqtisadi komissiyada araşdırılıb.

2871 müraciətdən 2143-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlər təşkil etdiyi halda, yerdə qalan 728 müraciətdən 51-i Mətbuat Şurasının “qara siyahı”sında olan
KİV-lərdəndir. Prosedur qaydalara əsasən, belə müraciətlərə Şuranın apellyasiya qrupunda baxıldıqdan sonra cavablandırılıb.

10 məsələ Bölgə mətbuatının inkişafı üzrə Komissiya, 10
məsələ Hüquq komissiyası, 9məsələ Dil Komissiyası
tərəfindən araşdırılıb”.

Ə.Amaşov həmçinin vurğulayıb ki, Şikayətlər üzrə Komissiyada
baxılan 511məsələdən 363-ü komissiya səviyyəsində həllini tapıb. Digər148 məsələbarədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib:

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən
araşdırılan 96 şikayətdən 78-i barədə təqdimat hazırlanaraq yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə verilib, 18 şikayət isə komissiyada həllini tapıb.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 161 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 130-u, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 11 təqdimatından 10-u əsas götürülüb. Şikayətlər üzrə Komissiyanın 148 rəyindən 10-u təkrar
baxılmaq üçün Katibliyə təqdim edilib.

İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 20-nə xəbərdarlıq edilməsini nəzərdə
tutub. 135 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini
taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 86 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının
“qara siyahı”sına salınmasını nəzərdə tutub.

Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi
Komissiyasında baxılan 17, Sosial Komissiyada baxılan 24
şikayətin hər biri həllini tapıb, bu barədə İdarə
Heyətinə müvafiq məlumat verilib.

Bundan başqa, İdarə Heyətinin cari məsələlərlə bağlı digər 95 qərarı var ki, bunlardan da 8-də “qara siyahı”dakı KİV-lərin oradan çıxarılması ilə bağlı müraciətləri araşdıran apellyasiya qrupunun təqdimatına əsaslanılıb.

Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 54, Şikayətlərüzrə Komissiyanın 62, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 18, Mətbuatla dövlət qurumları
arasında problemlərin həlli Daimi Komissiyasının 14 iclası keçirilib. Bundan başqa, müxtəlif məsələlərlə bağlı
Şuranın Sosial Komissiyasının 13, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 12
iclası keçirilib.

Şuranın apellyasiya qrupu 8, Ahıl Jurnalistlər Məclisi 15 dəfə
toplanıb”.

Fatimə KƏRiMLİ


Teqlər:  





Xəbər lenti