Rayonlarda niyə zərdab çatışmır? - AÇIQLAMA

Rayonlarda niyə zərdab çatışmır? - AÇIQLAMA
  11 İyul 2013    Oxunub:1373
Havanın temperaturu artdıqca, ilan vurma halları da artır.
Bu yaxınlarda Salyanda 6 yaşlı bir qızı ilan vurub. Uşağı xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Səbəb isə zərdab çatışmazlığı olub. Həkimlər sadəcə “zərdab yoxdur, nə edə bilərik” deməklə özlərini sığortalayırlar. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə AzVision.az-a açıqlamasında rayonlarda zərdab qıtlığı olmadığını bildirib:

“ Rayonlarda kifayət qədər zərdab var. Sorğu da keçirmişik, bununla bağlı problem yoxdur. Bu il isə ümumiyyətlə zərdab qıtlığı ilə bağlı problem yoxdur. Bir hadisəyə görə (Salyanda 6 yaşlı uşağın ölümü-red.) ümumiyyətlə zərdab çatışmır demək düzgün deyil.

Anar Qədirlinin sözlərinə görə ümumiyyətlə, Səhiyyə Nazirliyi rayonlara dərman preparatları vermir.

“Qurum ancaq Bakı şəhərini və mərkəzləşdirilmiş klinikaları birbaşa təmin edir. O, büdcədən səhiyyə xərclərinə ayrılan vəsait hesabına dərmanlar alır, həkimlərin maaşlarını verir, hansısa xəstəxanada dərman çatışmaması baş həkimin diqqətsizliyidir və bu qüsur aradan götürməlidir”.

Zərdabın qiymətinə gəlincə, A. Qədirli bildirib ki, əhali üçün bu xidmət pulsuzdur.

Nihadə Eyyubova
AzVision.az




Teqlər:  





Xəbər lenti