İlhamənin gündəmi dəyişən mirası...

İlhamənin gündəmi dəyişən mirası...
  03 Mart 2016    Oxunub:5186
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 2-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

15-dən çox ölkə neft hasilatını `dondurur`

15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib. Bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

***

AVRO-2016-nın oyunları təxirə salına bilər

Bu il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının müəyyən oyunları təxirə salına və yaxud tamaşaçılarsız keçirilə bilər.

***

`İstefa vermək niyyətim yoxdur` - Bəşər Əsəd

Yalnız Suriya vətəndaşlarının kimin prezident olacağına dair qərar qəbul etmək hüququ vardır. Bunu Suriya Prezidenti Bəşər Əsəd Almaniyanın ARD telekanalına müsahibəsində bəyan edib.

***

İlhamə Quliyevanın mirası oğluna qalmayacaq

Bu günlərdə dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın bütün mirası nə oğulluğuna, nə də yaxınlarına deyil, bütövlükdə dövlətə qalacaq. Bu barədə xalq artistinin dayısı oğlu, müğənni Əli Mirəliyev bildirib.

***

Azərbaycan Rusiyanı xiyarla təmin edir

Azərbaycan, İran və Mərakeşdə istehsal olunan məhsullar Rusiya bazarında Türkiyə məhsullarını əvəz edəcək.

***

`İlhamənin oğlu mənəm...` - Miras qalmaqalı böyüyür

“Əli Mirəliyev yaşlı adamdır, ağzına nə gəlir danışır. O, bizim ailə işimizə qarışmasın”. Bunu lhamə Quliyevanın oğlu Orxan Nadirov bəyan edib.

***

Azərbaycanlı biznesmen 3.3 milyard pul itirdi

Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkəbərov dünyanın ən zəngin 124-cü adamıdır.



Moskvada 50 illin qar rekordu - Fotolar

Ötən gecədən Moskvaya yağan güclü qarın hündürlüyü 50 santimetrə çatıb. Bu da öz növbəsində aylıq normanın 70 faizindən çox yağıntı deməkdir.

***

Suriyadan 20 min erməni Qarabağa köçürülür

“Biz Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürüldüyünü müşahidə edirik”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

***

Fernando Alonso `Formula-1`in səfiri seçildi

Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran Prisinin səfiri olub.

***

`Mən elə söz deməmişəm…` - Elman Rüstəmov

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov banklarda konsalidasiya prosesinin yekunlaşması ilə bağlı mətbuatda yayılan məlumatlara aydlınq gətirib.

***

Nazir niyə tez-tez kadr dəyişikliyi edir? - Açıqlama

“Son zamanlar media Vergilər Nazirliyində aparılan struktur və kadr dəyişikliklərinə böyük yer verir. Bunun səbəbləri ilə bağlı bəzən reallıqdan uzaq olan mülahizələr və fərziyyələr də irəli sürülür”.

***

`Üzən məzənnə özünü doğrultdu` - Mərkəzi Bankın sədri

`Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu`. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

***

İlhamənin sərvəti açıqlanacaq - Miras davası

Ailənin vəkili Habil Vəliyev açıqlamasında İlhamə Quliyevanın mirasının açıqlanacağını bildirib.



Dünya bu körpədən danışır… - Ötən gün FOTOLARda

AzVision.az dünyanın aparıcı xəbər agentliklərinin ötən gün ərzində planetin müxtəlif yerlərindən çəkdikləri maraqlı fotoları təqdim edir:

***

Azərbaycanda 730 milyonluq ipoteka verilib

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 992 ipoteka krediti verib.

***

`İlhamə Quliyeva heç vaxt hamilə olmayıb` - Əli Mirəliyev

“İlhamə Quliyeva heç vaxt hamilə olmayıb”. Bunu xalq artistinin yaxın qohumu Əli Mirəliyev mərhum sənətkarın qızının olması ilə bağlı xəbərə aydınlıq gətirərkən deyib.

***

Bakıda köhnə binalar söküləcək – Baş nazirdən qərar

Bakının Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarındakı köhnə binalar söküləcək.

***

Erməni ona türklə xəyanət edən arvadını öldürdü

Ermənistanda Eqina Dambazyanın işi üzrə keçirilən məhkəmə zamanı onun həyat yoldaşı Artak Arakelyan 30 bıçaq zərbəsi vurmaqla arvadını öldürdüyünü etiraf edib.

***

Nardaranda 7 nəfər tutulub - DİN-dən rəsmi açıqlama

“Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”.



Orduya yığılan pulun həcmi açıqlandı

Martın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

***

Vətəndaşlar da ictimai asayişi qoruyacaq – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb.

***

Vətəndaşlar polislə necə əməkdaşlıq edəcək? - Qaydalar

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmanda vətəndaşların polislə hansı şəkildə əməkdaşlıq edəcəyi açıqlanıb. AzVision.az ictimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydasını təqdim edir.

***

Azərbaycanda nə qədər milyonçu var? - Hesabat

Azərbaycan multimilyonerlərin sayının ən sürətlə artdığı ölkələrdən biridir. Bu barədə daşınmaz əmlak üzrə Londonda mənzillənmiş nüfuzlu beynəlxalq şirkət olan Knight Frank LLC-nin “The Wealth Report” adlı hesabatında göstərilir.

***

Qətər Əmiri Azərbaycana gəlir

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani martın 8-də Azərbaycana rəsmi səfərə gələcək.

***

Rusiya 24 ölkə ilə vizanı ləğv edir


Rusiya 24 ölkə ilə viza rejiminin ləğvi ilə bağlı danışıqlar aparır. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

***

Məktəb direktorunun törətdiyi cinayətin təfərrüatı

Lerikdə baş verən tükürpədici cinayətin bəzi təfərrüatları məlum olub.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti