Yoluxucu xəstəliklərə qarşı mübarizə gücləndirilir

Yoluxucu xəstəliklərə qarşı mübarizə gücləndirilir
  03 Mart 2016    Oxunub:2612
Səhiyyə naziri Oqtay Şirəliyev “2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi ilə bağlı əmr imzayıb.
AzVision.az xəbər verir ki, əmrdə Səhiyyə Nazirliyinin tabeli müəssisələrinə rayon səviyyəsində peyvəndlərlə əhatə səviyyəsinin yüksək dərəcədə saxlanılması, əhali qrupları arasında peyvəndlə əhatə səviyyəsinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə işinin aparılması, profilaktik peyvənd təqvimində poliomielitə qarşı əlavə vaksinin daxil edilməsi, immunizasiya ilə əhatənin vaxtında və tam dolğun olunmasını təmin etmək məqsədi ilə zəruri hallarda yerli səviyyədə səyyar briqadalardan istifadə olunması və s. tədbirlərin icrası nəzərdə tutulub.

Əmr çərçivəsində “Elektron sağlamlıq kartı” sistemi və Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin imkanları idarə olunan xəstəliklərin təhlilində istifadə ediləcək.

Bildirilib ki, Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində tədbirlərin icrasını davam etdirəcək.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti