Xədicə İsmayıl Erkin Qədirlini həzm edə bilmədi

Xədicə İsmayıl Erkin Qədirlini həzm edə bilmədi
  11 İyul 2013    Oxunub:1462
“Milli Şura qarşısında öhdəliyim də yoxdur.”
REAL Hərəkatının Məclis sədri Erkin Qədirlinin Facebook sosial şəbəkəsində Milli Şuranın ABŞ Konqresində iştirak etməsinə dair yazdığı status yenidən qalmala səbəb olub. AzVision.az xəbər verir ki, Erkin Qədirli bildirib ki, Milli Şura ilə bağlı Konqresdə çıxış etmək barədə öhdəçiliyi yoxdur. Erkin Qədirlinin statusunu təqdim edirik:

“Bəlkə, xəbəriniz var, gələn həftə ABŞ Konqressində (Helsinki Commision) dinləmələr olacaq. Həmin dinləmələrə Azərbaycandan məni və Emini dəvət ediblər. Dəvət edən tərəf səfər xərclərini ödəmir. Yəni, biz öz hesabımıza getməliyik. Səfər üçün təxminən 2000 USD lazımdır. Mənim hal-hazırda bu miqdarda sərbəst pulum yoxdur. Eminin də xərcləri "Meydan Tv"-yə hesablanıb. Bir sözlə, səfərimizin baş tutması maliyyədən asılı vəziyyətə düşmüşdü. Səfər şəxsi deyil, siyasi olduğuna görə, REAL-ın İdarə Heyətinin üzvləri, paylaşıb bilet pulunu yığdılar. Yəni, fund-raising etdilər. Beləliklə, mənim Vaşinqtona getməyim üçün lazımı məbləğ toplandı. Emin son anda gedə bilməyəcəyini yazdı, çünki onun da sərbəst pulu yox idi bu aylarda. Emin həm də yazdı ki, bir Amerikalı dostu ona Milli Şuradan maliyyə dəstəyi almağı məsləhət görmüşdü. Emin də, buna cavab olaraq, yazdı ki, hamı elə bilir ki, Milli Şura "milyarderlər klubuna" bağlıdır, Əslində isə bu belə deyil, burada Rusiyanın əli yoxdur, və s. Bir sözlə, Milli Şuranın pulu yoxdur, yazdı. Bunu yazmasa idi, mübahisəmiz də yaranmazdı.
Mən ona, cavab olaraq, yazdım ki, 2000 USD böyük pul deyil. Söhbət yanaşmalardan və prioritetlərdən gedir. REAL bir İH-i səfər üçün pul yığa bilirsə, MŞ-da rahat bunu Emin üçün rahat edə bilərdi. Çünki Emin Milli Şuranın üzvüdür və Konqressdə Milli Şuranın təmsilçisi kimi çıxış edəsi idi. Belədə isə, gələn həftə Konqressdə dinləmələr zamanı MŞ orada təmsil olunmayacaq və eşidilməyəcək.
Mən Konqressdə və digər görüşlərdə bir az da MŞ haqqında müsbət danışmağa çalışaram (yerinə düşərsə). Hərçənd, bu mənim borcum deyil, MŞ qarşısında öhdəliyim də yoxdur. Mən oraya REAL təmsilçisi kimi gedirəm, gündəliyim də REAL-dır. Ümid edirəm ki, buna "eqonun xodunun alınması" demək olar.”
E.Qədirlinin bu statusuna yazılan rəylər də diqqət çəkəndir.

Şahin Cəfərli: “Helsinki Komissiyasındakı dinləmələri çox şişirtməyə ehtiyac yoxdur. Hər il belə dinləmələr keçirilir, Azərbaycan müxalifətindən, qeyri-hökumət sektorundan ora insanlar dəvət olunur. Hətta bir dəfə İsa Qəmbər və digər müxalifət liderləri də orada iştirak etmişdi. O dinləmələrin ABŞ siyasi dairələrinin və qanunvericilərinin mövqeyinə ciddi təsiri olduğuna mən şübhə edirəm”.

Erkin Qədirli: “Mən Komissiyada çıxışıma ölkəmizdə hər hansı dəyişikliyə nail olmaq vasitəsi kimi yanaşmıram. Biz REAL-ın strategiyasına uyğun hərəkət edirik, daha uzun və böyük hədəflərə doğru tələsmədən gedirik”.
Xədicə İsmayıl: “Məncə hətta İlqar Məmmədov da həbsxanada ola-ola günün tələblərini səndən yaxşı anlayır, Erkin. Çox rahat zamanda yaşadığını düşünürsən. Zaman təcili dəyişikliklər tələb edir. Sənin bəzi postlarından belə duyuram ki, dəyişikliyin olmamasından partiya quruculuğu üçün yararlanmaq arzusu hər şeyi üstələyir. Bağışla, həzm edə bilmirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti