`Qoz davası`, döyülən polvoknik və `vurulan ` icra başçıları...

`Qoz davası`, döyülən polvoknik və `vurulan ` icra başçıları...
  04 Mart 2016    Oxunub:3527
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 3-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Rusiyaya daha bir zərbə - Sanksiyalar uzadıldı

ABŞ prezidenti Barak Obama Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı qüvvədə olan sanksiyaların müddətini bir il müddətinə uzadıb.

***

Ermənistanda kütləvi istefalar

Ermənistanda kütləvi istefalar davam edir. Erməni mediasında yayılan məlumatlara görə, bununla bağlı Ermənostanın polis rəisi Vladimir Qasparyan əmr imzalayıb.

***

Deputat narkotiklə tutuldu

Almaniyada Yaşıllar Partiyasının Federal Məclisdəki üzvü Volker Beckin narkotiklə tutulub.

***

Azərbaycana casusluqda ittiham olunan erməni haqda Şok Faktlar

Azərbaycanın xeyrinə casusluqda ittiham edilən Karine Qumaşyan zabit oğlunu da casusluğa cəlb etməyə çalışıb.

***

Bakıda dəhşətli hadisə -Yaşlı ər-arvad qətlə yetirildi

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə Pirallahı rayonunda qeydə alınıb.

***

Ermənilər Türkiyəyə axışır

2015-ci ilin yanvar ayından dekabr ayına qədər Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı 48 min 522 nəfər olub. Bu barədə erməni KİV-ləri məlumat yayıb.

***

Narkotikdən zəhərlənən azərbaycanlı tələbənin vəziyyəti ağırdır

Ötən gün Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib. Hadisə “Aral” yataqxanasında baş verib.

***

Merkel bütün dünyaya meydan oxudu

“Almaniya dünya siyasətində əhəmiyyətli rola maik olduğu üçün planetdə baş verən hadisələrə cavabdehlik daşıyır”.

***

Məşhur iş adamı 27 milyard pul itirib

Məşhur `Forbes` jurnalı 2015-ci ildə dünyada ən çox pul itirən şəxsin adını açıqlayıb. Ötən il dünyanın ən varlı ikinci adamı olan Karlos Slim Helu bu il dördüncü yerdə qərarlaşıb.



`Qoz münaqişəsi`nin dinc yolla həlli - KARİKATURA

İki gündür ki, Əli Kərimlinin dəstəsilə `REAL`çıların arasında qoz davası gedir. Əli Kərimli deyir ki, qoz 75 qəpik olmalıdır. Natiq Cəfərli isə onun dünyadan xəbəri olmadığını iddia edir.

***

Əhaliyə civə xəbərdarlığı - VİDEO

Məişətdə civə dağılmaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə çoxsaylı zənglər daxil olur. Civənin insan orqanizmi üçün təhlükəli maddə olduğunu nəzərə alaraq, Fövqaladə Hallar Nazirliyi bununla bağlı əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb.

***

Test ləğv edilməyəcək - TQDK sədrinin müsahibəsi

`Testlə əlaqədar dəyişikliyin aparılması müzakirə mövzusu deyil, bu sistem qalacaq`. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

***

Putinin əvəzinə Ərdoğan dəvət edildi – Diplomatik Qalmaqal

Bolqarıstan hakimiyyəti ölkənin Osmanlı imperiyasından azad edilməsi ilə bağlı keçirilən tədbirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəvət göndərib.

***

Mərkəzi Bankın hüquqi statusu dəyişdirilir

Azərbaycan Mərkəzi Bankının hüquqi statusu dəyişdirilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

***

Bakıda yol polisi polkovniki döydü

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər.



Ermənistanın terrorçu kiber ordusu dağıdıldı - Foto

Anti-armenia Team -in hakerlərinin internet məkanında keçirdiyi ardıcıl, intensiv əməliyyatlar nəticəsində, Ermənistana məxsus “Monte Melkonian Cyber Army” adı altında fəaliyyət göstərən kiber terrorçu qrupa məxsus səhifələr məhv edilib.

***

Mərkəzi Bank 12 nəfəri `qara siyahı`ya salıb

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ümumi siyahını yeniləyib.

***

Azərbaycanda yeni model: `Tik, idarə et, təhvil ver`

Azərbaycanda tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək.

***

Laçın və Cəbrayılın icra başçıları işdən çıxarıldı - Sərəncam

Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

***

`Onlar prezidentin etibarını itiriblər` - Zeynal Nağdəliyev

Bu gün Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər. Mövcud kadr dəyişikliyinin əsas səbəbini şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək.

***

Prezident viza prosedurlarını sadələşdirdi

Azərbaycan prezidenti İlham Əliyev Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.



Səudiyyə Ərəbistanın səfiri “ASAN xidmət”də - FOTO


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.

***

Avropa Azərbaycanın layihəsini təsdiqlədi

Avropa Komissiyası Yunanıstan hökuməti ilə “Trans-Adriatik” (TAP) boru kəməri konsorsiumu arasında Avropa bazarlarına yeni boru kəmərinin daxil olmasını nəzərdə tutan sazişi təsdiqləyib.

***

Prezidentin Roqozinlə görüşündə nələr müzakirə olundu? - Təfərrüat (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Dövlət məmuru özünü müştəri kimi təqdim etdi

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

***

Komitədən `qiymət qalmaqalı` ilə bağlı Açıqlama - CƏDVƏL

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti son günlər respublikaya idxal olunan bəzi malların, xüsusilə quru meyvələrin gömrük orqanlarında rəsmiləşdirildiyi qiymətlərlə həmin malların daxili bazarda faktiki satış qiymətləri arasında ciddi fərqlərin olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

***


`Qarabağın tez bir zamanda həlli vacibdir` - ABŞ səfiri


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir. Bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tez bir zamanda həlli vacibdir. Bu fikirləri ABŞ-ın Türkmənistandakı səfiri Allan Filip Mastard söyləyib.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti