`Azərbaycan nefti hələ 100 il tükənməyəcək` - MÜSAHİBƏ (II HİSSƏ)

  04 Mart 2016    Oxunub : 8569
`Azərbaycan nefti hələ 100 il tükənməyəcək` - MÜSAHİBƏ (II HİSSƏ)
“150 ildən sonra qaz tükənə bilər, 2020-ci ildə neftin istifadəsi maksimum həddə çatacaq”

AzVision.az Azərbaycanın ən gənc alimi, Böyük Britaniyanın London İmperial Kollecinin məzunu olan Sənan Eminovla müsahibənin II hissəsini təqdim edir:

Müsahibənin birinci hissəsi ilə BURADAN tanış ola bilərsiniz.

- Son vaxtlar dünya bazarında neftin kəskin ucuzlaşması qeyri-neft sektoruna marağı xeyli artırıb. Azərbaycanda bu sahənin inkişaf etdirilməsi, neft aslılığının aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

-Bərpa olunan enerji ehtiyatları mərkəzinin yaradılması bu sahədə atılmış ən uğurlu addımdır. Əlbəttə, neftimiz, qazımız var. Bu hələ uzun illər davam edəcək. Neft tükənən sərvətdir. Elmi araşdırmalara görə, hazırda neftin istifadəsi təbiətin eyni miqdarda nefti əvəz etmə sürətindən yüz min dəfə çoxdur.Təsəvvür edin, bir litr neft hazırlamaq üçün yüz min il lazımdır.

Biz neftə alternativ yanacaq tapa bilərik. Məsələn, bir gündə Bakıda 2 ton neft istifadə olunursa, həmin iki tonu 1,5 ton neft edib, qalan 500-ü isə bioyanacaqdan istifadə edə bilərik. Bununla biz neftin ömrünü uzatmış olarıq. Bu o deməkdir ki, neft 200 ilə yox, 400 ilə tükənəcək.

Alternativ enerji təmiz enerji deməkdir. Karbon dioksid ən böyük problemlərimizdən biridir. Bu, azon qatına ziyan vurur, ekologiyanı korlayır. Ancaq bioyanacaqdan çıxan karbon dioksidin miqdarı çox azdır. Bioyanacaq bitkidən əldə olunur. Karbon dioksid də sonradan fotosintez üçün bitkinin özünə qayıdır, dövriyyə yaranır. Nefti təbiət yardır. Bitkini isə biz yetişdiririk.

Həmişə belə sual verirlər ki, bitkini yanacağa çevirsəniz, yemək üçün bitkini haradan tapacağıq? Ortada yemək-yanacaq davası gedir.

İkinci nəsil bioyanacaq kimi bütün bitki növlərindən istifadə emək olar. Yemək üçün istifadə olunub-olunmaması əsas məqsəd deyil. Əsas bitki olsun və ondan bioyanacaq kimi istifadə edilsin. Okeanlarda çoxlu yosunlar bitir, milyonlarla yararsız taxıl qalıqları olur. Biz onları bioyanacağa çevirə bilərik. Bioyanacaq sahəsinin inkişafı ölkəmiz üçün çox önəmlidir. Bununla biz neftdən asılılığa azalda bilərik.



Maraqlı bir statistikanı qeyd etmək istəyirəm: yer kürəsində olan bütün bitkilərin yalnız 3 faizi yemək üçün istifadə olunur. Qalan 97 faiz isə yenidən təbiətin özünə qayıdır. Yəni, ağac bitir, sonra qocalır, çürüyür və təbiətin özünə qayıdır. Biz həmin ağacı təbiətə qaytarmaq əvəzinə bioyanacağa çevirə bilərik. Əgər o bitkini qida kimi istifadə etmiriksə, gəlin, onu bioyanacaq kimi istifadə edək. Dünyanın gələcəyi bərpa olunan enerjidən aslıdır.

2040-cı ildə dünyada insanların enerjiyə tələbatı 56 faiz artacaq. Hər gün dünya əhalisinin sayı və enerjiyə ehtiyac artır. Qaz, kömür, neft azalmağa doğru gedir. Biz bərpa olunan enerji ehtiyatlarını artırmaqla bunu kompensasiya edə bilərik. Alternativ bərpa olunan enerji qeyri-neft sektorunu inkişaf etdirməyin ən yaxşı yoludur.

Bu sahədən çox yüksək gəlir qazanmaq olur. Azərbaycan elə bir yerdə yerləşir ki, burada hər bir resurs var. Bizim küləyimiz, günəşimiz var. Külək, günəş enerjisindən də istifadə edə bilərik.

Dünyada Amerikdan çox neft çıxaran və alan ölkə yoxdur. Alternativ enerjiyə yüksək maliyyə ayıran ölkələrdən biri də məhz ABŞ-dır. Fikirləşin, neft-qaz bitdi. Dünya enerji ehtiyacını necə ödəyəcək?

Bir məsələni diqqətə çatdırmaq istərdim. Fruktoza sellozadan alınan bir maddədir. İndiyə kimi fruktozanın yanacağa çevrilmə çıxımı 76 faiz olmuşdu. Ancaq mənim tətqiq etdiyim metodla bu çıxımı 96 faizə qədər qaldırmışam.

-Azərbaycanda neft nə zaman tükənəcək?

-Neft hələ tükənməyəcək. Azərbaycanda açılmayan zəngin neft quyuları mövcuddar. Dünya miqyasında qazın ömrü neftin ömründən çoxdur. Alimlər bu tükənmə ilə bağlı çoxlu araşdırmalar aparırlar. Neft yerin altında olduğundan, heç kəs dəqiq deyə bilməz ki, nə vaxt tükənəcək.

Hesablamalara görə, 2020-ci ildə neftin istifadəsi maksimum həddə çatacaq. Bu ildən sonra yenidən enəcək. Bu, sadəcə bir fərziyyədir. Neft olmasa da bioyanacaq olacaq.



-Evdə əkdiyimiz bitkidən necə bioyanacaq əldə edə bilərik?

-Dədə-babalarımız bitkilərdən alternativ enerji kimi istifadə ediblər. Onlar bitkini sobada yandırmaqla enerjiyə olan təlabatlarını ödəyiblər. Düzdür, bu ekologiyaya ziyandır.

İnsanlar ağacları kəsir, budaqları sınıdırırlar. Başa düşə bilmirlər ki, gələcəkdə həmin bitkiyə möhtac qalacaqlar. Sənaye üsluna keçsək, bitkidən bioyanacaq kimi istifadə halları daha da genişlənəcək. Alacağımız bioyanacaq daha təmiz və daha ucuz enerji növüdür.

Evdə saxladığımız güldən enerji ala bilərik. Hər bir ailə bu yolla pul da qazana bilər.

Nəzərə alsaq ki, Azərbaycana əhalinin sayı artır, bununla bərabər enerjiyə təlabat da artır, neft isə əksinə tükənir. Hər bir insan üstəgəl (insan+) enerji deməkdir. Hesablamalara görə, 2040-cı ildə dünya elektrik enerjisinin 50 faizi bərpa olunan enerjinin hesabına ödəniləcək.

Hesab edirəm ki, yaxın yüz il ərzində Azərbaycanda neftin tükənməsi gözlənilmir. Qazın tükənməsi isə yaxın 150 ildə baş verə bilər. Bu danılmaz faktdır ki, nə vaxtsa neft də, qaz da tükənəcək.

- Azərbaycanda bioyanacaq sektorunu inkişaf etdirmək üçün hansı işlər görülməlidir?

-Biz neft kimi əldə edəcəyimiz bioyanacağı qonşu ölkələrə satıb, milyonlarla vəsait qazana bilərik. Bu, neftdən də gəlirli sahədir. Həm neft, həm də bioyanacaq enerji növüdür. Hər ikisi satıla bilər. Biz alernativ enerjidən faydalansaq, heç bir dövlətdən aslılığımız da olmaz.

Jurnalist: Hafiz Əhmədov
Foto: Elvin Abdulla


Teqlər: