Arzu Əliyevanın filmi Braziliyada
Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.
Eyni zamanda, kino həftəsi çərçivəsində “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmlər nümayiş olunacaq.
Tədbir aprelin 6-11-də paytaxt Braziliada yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində davam edəcək.
AzVision.az
Teqlər: