“Publik hüquqi şəxslər haqqında” qanun dəyişdi

“Publik hüquqi şəxslər haqqında” qanun dəyişdi
  04 Mart 2016    Oxunub:2621
“Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən qanunun 7.6 (Dövlət və bələdiyyə müvafiq olaraq yaratdıqları publik hüquqi şəxsin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir) maddəsi və eyni zamanda, qanunun 5.3.(Dövlət orqanları və bələdiyyə orqanları qanunvericiliklə onlara həvalə edilmiş hüquq və vəzifələri yaratdıqları publik hüquqi şəxslərə ötürə bilməzlər) maddəsi ləğv edilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti