Ombudsmanın hesabatı gündəlikdən çıxarıldı

Ombudsmanın hesabatı gündəlikdən çıxarıldı
  04 Mart 2016    Oxunub:1530
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2015-ci il üzrə illik hesabatı Milli Məclisin (MM) bugünkü iclasının gündəliyindən çıxarılıb.
AzVision.az xəbər verir ki, hesabatın parlamentin aprel ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 43 məsələnin müzakirəsi daxil edilmişdi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti