Azərbaycanda hansı qan qrupuna daha çox ehtiyac var?
O, bildirib ki, 2010-cu ildə 46 min qan donoru qeydə alınmışdısa, 2015-ci ildə bu rəqəm 75 min 184 nəfər təşkil edib. Bu isə 61% artım deməkdir.
Baş həkimin sözlərinə görə, III və IV qrup üzrə donorlar az olduğundan bu qan qrupundan olan xəstələrin sayı nisbətən azdır.
“Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qan 42 günə qədər saxlanıla bilər. Mərkəzi Qan Bankında müvafiq şərait yaradılıb. Qanı 42 gün saxlaya bilirik. Amma qanın ağ, plazma hissəsi var ki, 24 aya qədər xüsusi dondurucularda saxlamaq mümkündür”.
P.Hacıyeva donorlardan götürülən qanlarda xəstəliklərin aşkar olunduğunu bildirib. O, qeyd edib ki, donorlardan qan götürüləndə 4 infeksiyaya qarşı analiz aparılır. Bunlar SPİD, sifilis, Hepatit B, Hepatit C infeksiyalarıdır.
Bu il donorluq edən 7-8% insanda infeksiya aşkarlanıb. P.Hacıyevanın sözlərinə görə, ötən il 36,598 litr qan tədarük olunub.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


