Azad Rəhimov gənclərə dəstək oldu

Azad Rəhimov gənclərə dəstək oldu
  11 İyul 2013    Oxunub:1286
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Gənclər Forumu ilə birlikdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə iyul – sentyabr ayları ərzində Beynəlxalq Gənclər Təşkilatlarının Azərbaycana səfərini təşkil edir.

AzVision.az xəbər verir ki, səfər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”: Dövlət Proqramının 6.8.1 “Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlıqlarının genişləndirilməsi” və 6.8.7 “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasətində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi” maddələri əsasında həyata keçirilir.

Səfərin əsas məqsədi ARGTMŞ üzvləri olan gənclər təşkilatları və Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları arasında əlaqələri genişləndirmək, beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada təmsil olunmasını təmin etməkdir.

Səfər çərçivəsində beynəlxalq təşkilatlarının rəsmiləri ilə Azərbaycanın gənclər təşkilatlarının rəhbərləri arasında görüşlər keçiriləcək. Görüşlər zamanı təşkilatların qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması imkanları barədə fikir mübadiləsi aparılacaq.


AzVision.az


Teqlər:  





Xəbər lenti