Azərbaycanda yeni əməkdaşlıq komitəsi yaradılacaq

Azərbaycanda yeni əməkdaşlıq komitəsi yaradılacaq
  04 Mart 2016    Oxunub:2227
Azərbaycanda maliyyə bazarının sabitliyinin tənzimlənməsi üçün yeni komitənin yaradılması nəzərdə tutulur.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Komitəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq.

R.Aslanlı qeyd edib ki, bu barədə memorandum imzalanması nəzərdə tutulur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti