DİN Zaqatalada əməliyyat keçirdi
Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcəkdir.
Əlavə olaraq qeyd edilib ki, RPŞ-yə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib. Digərlərinin isə izahatları alındıqdan sonra buraxılıblar.
AzVision.az