Azad Rəhimov nazirləri Bakıya dəvət etdi
Çıxışı zamanı nazir A.Rəhimov Türk Şurası ölkələri arasında əməkdaşlığın daha da dərinləşdiyini, növbəti illərdə genişlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini bildirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkdilli Dövlət Başçılarının 2009-cu ildə Azərbaycanın qədim şəhəri olan Naxçıvanda keçirilən Zirvə Toplantısında yaradıldığını diqqətə çatdıran nazir hər iki xalqı ümumi tarix, mədəniyyət və birgə dəyərlərin birləşdirdiyini qeyd edib.
Çıxış zamanı nazir Türk Şurasının 16 avqust 2013-cü il tarixində Azərbaycanın Qəbələ şəhərində keçirilən Üçüncü Zirvə Toplantısında qəbul edilən qərarına əsasən, ölkəmizdə “Birinci Türk Universiadası” və “Birinci Köçəri Oyunları”nın keçirildiyini xatırlayıb və bu oyunların Türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun daha da genişlənməsinə və dərinləşməsinə xidmət etdiyini bildirib.
Azad Rəhimov sonra deyib: “Ümid edirik ki, cari ilin sentyabrında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan “İkinci Köçəri Oyunların”ın hazırlığı vaxtında və uğurla başa çatacaq. Azərbaycan bu oyunlarda böyük heyətlə iştirak edəcək.”
Nazir A.Rəhimov eyni zamanda, 2016-cı ildə Gəncənin Avropanın Gənclər paytaxtı seçilməsini nəzərə alaraq Türk dünyası gəncləri ölkələrinin “Gənclər Festivalı”nın məhz bu şəhərdə keçirilməsi təklifini də irəli sürüb.
Bu və növbəti illərdə Azərbaycanda keçirilə biləcək tədirlərdən danışarkən A.Rəhimov deyib: “Gənclər Festivalı” ilə yanaşı, Şuranın protokolunun müxtəlif maddələrində göstərilən “Yay Gənclər Düşərgəsi” və Gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Gənclər Şurası”nın iclasının da Azərbaycanda keçirilməsini dəstəkləyirik. Həmçinin, Türk Universiadasının iki ildə bir əlifba sırası ilə bir dövlətdə keçirilməsini məqsədəuyğun hesab edirik ki, 2018-ci ildə bu oyunları Azərbaycanda təşkil edə biləcəyimizi qeyd edirəm”.
Eyni zamanda nazir, “Dördüncü İslam Həmrəyliyi Oyunları” çərçivəsində Türk Şurasının Gənclər və İdmandan məsul Nazirlərinin İkinci toplantısının 2017-ci ilin may ayında Azərbaycanda keçirilməsi təklifini də irəli sürüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


