Məhkəmə sədri və hakim vəzifəsindən azad edildi

Məhkəmə sədri və hakim vəzifəsindən azad edildi
  04 Mart 2016    Oxunub:3511
Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi İslam Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə baxılıb.
O, ərizəsində tutduğu vəzifədən azad olunaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilməsinə baxılmasını xahiş edib.

İslam Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar məsələyə dair qərar verilib.

Milli Məclisin bu gün keçirilən iclasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsi nin dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra M.Hüseynov Bakı Apelyasiya Məhkəməsinə hakim təyin edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti