Azərbaycan və Macarıstan 4 sənəd imzaladı

Azərbaycan və Macarıstan 4 sənəd imzaladı
  06 Mart 2016    Oxunub:1579
Bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində iki ölkə şirkətləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AzVision.az İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq sənədi hər iki tərəfdən aşağıdakı şirkətlər imzalayıb: "Umirs Europe Plc." - "EastStream" MMC, "Toll Servis Ltd." - "Sinam Ltd.", "European Parking System Llc." - "Komtec Ltd" və "Project Service Venture Ltd." - "RR Şirkətlər qrupu".

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov, Macarıstan Milli Ticarət Evinin sədr müavini Qabor Kun, o cümlədən 47 macar və 116 Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti