Prezident Mədət Quliyevə müavin təyin edib

Prezident Mədət Quliyevə müavin təyin edib
  07 Mart 2016    Oxunub:5554
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub. DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub. DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti