Azərbaycanda 35 nəfər vəzifəsindən sui-istifadə edib

Azərbaycanda 35 nəfər vəzifəsindən sui-istifadə edib
  07 Mart 2016    Oxunub:3440
Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşlar tərəfindən 10654 müraciət edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Hesabatda qeyd olunub ki, müraciətlərin 3388-i ərizə, şikayət, 7266-sı isə “qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə daxil olub.

“Qaynar xətt” əlaqə mərkəzi vasitəsi ilə daxil olan 7266 müraciət əsasən sosial müdafiə, yerli icra hakimiyyəti orqanları,polis, səhiyyə, təhsil, bələdiyyə və digər sahələri əhatə edib. Həmin müraciətlərin 5954-ü (81.94%) aidiyyatı üzrə nazirlik, komitə və təşkilatlara göndərilərək müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi təmin edilib, 449-u (6.18 %) Baş İdarədə, 833-ü (11.46 %) prokurorluğun müvafiq struktur qurumlarında araşdırılıb. 30 (0.41%) müraciət ürzə isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Bundan başqa ötən il Baş İdarədə 2614 vətəndaş qəbul edilib ki, bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən həyata keçirilib.

2015-ci ildə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 51 material üzrə isə cinayət işinin başlanılması rədd edilib, 1 material isə aiddiyyatı üzrə göndərilib.

Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə etmə, 66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü digərləri ilə əlaqədar olub.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti