Quba hava limanının tikintisi niyə yubanır?

Quba hava limanının tikintisi niyə yubanır?
  07 Mart 2016    Oxunub:5789
“Qubada hava limanı tikilməsi hazırda gündəlikdə olan məsələdir. Nəzərə alsaq ki, həmin bölgədə 6 böyük rayon var və bir milyona yaxın insan yaşayır, Qubada hava limanının olması vacibdir”.
Bunu AzVision.az-a açıqlamasında Qubanın deputatı Vahid Əhmədov bildirib.

Millət vəkilinin sözlərinə görə, Qubada hava limanının tikilməsi üçün prezident tərəfindən sərəncam verilib.

V.Əhmədov hazırda maliyyə problemi ilə əlaqədar tikinti işlərinin yubandığını bildirib. Deputat qeyd edib ki, Milli Məclisdə I oxunuşda qəbul olunan “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi bu işlərə köməklik göstərə bilər.

“Xarici investorların Azərbaycana vəsait qoyması ilə bağlı qanun layihəsini qəbul etdik. Qanunun qəbul olunmasından sonra müəyyən müraciətlər ola bilər. Eyni zamanda xaricdə vəsaitləri olan azərbaycanlılar da gəlib burada tikinti apara bilərlər. Hesab edirəm ki, bundan sonra investisiya artımı olacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti