Əfv Komissiyası yenidən toplanır - 2 iclas keçiriləcək

Əfv Komissiyası yenidən toplanır - 2 iclas keçiriləcək
  07 Mart 2016    Oxunub:2800
“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının Novruz bayramına qədər iki iclası keçiriləcək”.

Bu barədə AzVision.az-a komissiyanın üzvü, deputat Elmira Axundova məlumat verib.

Millət vəkili bildirib ki, bu həftədən başlayaraq komissiyanın iclasları davam etdiriləcək.

Qeyd edək ki, martın 1-də Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda növbəti əfv sərəncamının verilməsi gözlənilir.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:





Xəbər lenti