Azərbaycana güclü qar yağıb

Azərbaycana güclü qar yağıb
  07 Mart 2016    Oxunub:2189
Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunan faktiki havanı açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.

AzVision.az


Teqlər:  






Xəbər lenti