Vidadi Muradova “Şöhrət” ordeni verildi

Vidadi Muradova “Şöhrət” ordeni verildi
  07 Mart 2016    Oxunub:2374
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vidadi Aydın oğlu Muradovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda xalçaçılıq sənətinin inkişafında xidmətlərinə görə Vidadi Aydın oğlu Muradov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Vidadi Muradov “Azər-İlmə”nin təsisçisi və rəhbəri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktorudur.

AzVision.az


Teqlər:  






Xəbər lenti