Qətər Əmiri Azərbaycana gəldi

Qətər Əmiri Azərbaycana gəldi
  08 Mart 2016    Oxunub:1817
Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani martın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətərin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əmir Əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti