Ötən günün ən maraqlı xəbərləri - Xronika

Ötən günün ən maraqlı xəbərləri - Xronika
  08 Mart 2016    Oxunub:3299
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 7-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

`Gürcüstana qazı əlverişli qiymətə satırıq` - Rövnəq Abdullayev

Gürcüstanla Azərbaycan arasında qaz danışıqları başa çatıb və bu ölkəni 2030-cu ilə kimi təbii qazla təmin etmək barədə saziş imzalanıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

***

`Rusiya ilə razılaşmaq niyyətində deyilik` - Ruhani

İranın Rusiya ilə yaxın münasibətləri Tehranın Moskvanın Suriya məsələsindəki bütün addımlarını dəstəkləməsi demək deyil. İran prezidenti Həsən Ruhani bildirib.

***

@ işarəsi və elektron poçtun yaradıcısı öldü

Elektron poçtun yaradıcısı 74 yaşlı Roy Tomlinson ürək tutmasından ölüb.

***

Alyaska ştatından Azərbaycana dəstək

ABŞ-ın ən böyük ştatı Alyaskanın Konqresi Azərbaycana güclü dəstək ifadə edən rəsmi bəyannamə qəbul edib.

***

Prezident Mədət Quliyevə müavin təyin edib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

***

İran nefti Avropaya çatdı

İran nefti ilə yüklənmiş “Monte Toledo” tanker Avropaya çatıb. Bu, Tehranın sanksiyalardan azad olunmasından sonra Avropaya gətirilən ilk İran neftidir.

***

Azərbaycanda 35 nəfər vəzifəsindən sui-istifadə edib

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşlar tərəfindən 10654 müraciət edilib.

***

Azərbaycanda hazırda 5062 KİV var

Ötən il Ədliyyə Nazirliyi tərəfindən 70 qeyri-kommersiya qurumu və 34 təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.



Səyyar `ASAN xidmət` Kürdəmirdə

7 – 18 mart tarixlərində Səyyar ASAN xidmət Kürdəmir şəhərində sakinlərə səyyar formada xidmət göstərəcək.

***

Aşıq Azər ağır vəziyyətdədir: `Dözə bilmirəm...`

1 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya Şöbəsində müalicə alan tanınmış aşıq Azər Xanlaroğlunun səhhəti pisləşib.

***

`Müharibəyə başlasaq, Rusiya qarışa bilməz` - Nazir müavini (Video)

Azərbaycan Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi ideyasını dəstəkləyir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.


***

Bakıda məscid yandıran PKK-çı məhkəmədə qan tökdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

***

`Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir` - Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixail Canelidzeni qəbul edib.

***

Mehriban Əliyevadan xalq artistinə jest - `Bütün xərclər qarşılanacaq`

Martın 5-də Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub.



8 mart neçəyədir? - İNFOQRAFİKA

8 Mart - qadınlar üçün bayram, kişilər üçün isə xərc deməkdir. Nə qədər xərc?

***

`Delimitasiya məsələsi gündəlikdən çıxmalıdır` - Gürcü nazir

“Biz SOCAR və Gürcüstan Energetika Nazirliyi arasında Azərbaycandan olan tədarük olunan qazın həcminin artırılması ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”. Bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze deyib.

***

İran və Rusiyanın generalları Bakıya gəlir

İranın sərhəd qoşunları komandanı, general Qasim Rzayi Azərbaycan səfər edəcək.

***

`Apple` istifadəçilərinin nəzərinə: Güclü virus yayılır

ABŞ-ın `Apple` şirkətinə məxsus ` Macintosh` kompüterləri ilk dəfə virusa yoluxub.

***



Bakı yağışda belə görünür - VİDEO

***

Ronalduya görə dostunu öldürdü

Hindistanın Bombey şəhərində nigeriyalı oğlan dünyanın ən yaxşı futbolçusunun Lionel Messi və ya Kriştianu Ronaldu olması ilə bağlı mübahisə zamanı dostunu qətlə yetirib.

***

Azərbaycanda 17165 tələbə ali məktəbdən qovulub

Son 23 il ərzində Azərbaycanda ali və orta ixtisas məktəblərindən xaric edilən tələbələrin statistikası açıqlanıb.

***

Prezidentin qızı ailə həyatı qurur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı ailə həyatı qurur.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti