Yol polisindən xanımlara sürpriz

Yol polisindən xanımlara sürpriz
  08 Mart 2016    Oxunub:3071
Martın 8-də Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən qadın sürücüləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
İdarənin ictimai əlaqələr bölməsindən verilən məlumata görə, səhər saatlarından başlayaraq, paytaxtın müxtəlif küçə və prospektlərində yol polisi əməkdaşları tərəfindən təşkil olunan reydlərdə saxlanılan qadın sürücülərə müxtəlif hədiyyələr təqdim edilib. Əsasən il ərzində qaydalara düzgün əməl edən, kobud inzibati xəta törətməyən xanım sürücülərə üstünlük verilib. Reyd zamanı qayda pozuntusuna görə saxlanılan xanımlara bayramla əlaqədar olaraq güzəştlər edilib, qayda pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri izah olunub.

Xanım sürücülərə təqdim edilən hədiyyələr əvvəlcədən müəyyənləşdirilib. Xüsusilə paytaxt yollarında təhlükəsiz və intizamlı avtomobil idarə edən sürücü xanımlara 1 ədəd qızılgül bağlaması, müxtəlif əşyalarla yanaşı, pulsuz yanacaq, avtoyuma və sığorta kartları hədiyyə olunub.


Teqlər:  






Xəbər lenti