`Azərbaycan regionun lideridir` - Yuşşenko

`Azərbaycan regionun lideridir` - Yuşşenko
  08 Mart 2016    Oxunub:2921
`Dördüncü Qlobal Bakı Forumu dünyada sülhün və sabitliyin təmin olunmasına öz töhfələrini verir. Azərbaycan regionun lideridir`.

Bu fikirləri dördüncü Qlobal Bakı Forumu çərçivəsində martın 8-də Bakıda keçirilən Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü plenar iclasında iştirak edən Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko jurnalistlərə müsahibəsində səsləndirib.

V.Yuşşenko forumda müzakirə olunan məsələlərin qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran keçmiş Prezident ölkəmizin dünyada güclənən səsini əhəmiyyətli hesab edərək deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihələri dialoq üçün çox vacibdir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına nail olmasını böyük uğur hesab edirəm”.

Sabiq prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolundan bəhs edərək bildirib ki, qurum çərçivəsində Avropanın müxtəlif guşələrində ən aktual məsələlərə dair müzakirələr keçirilir. `Mərkəzin işi və layihəsi mənim üçün qiymətlidir. Müzakirələr sayəsində biz formal yaxınlaşma prosesini keçirik və bunun yaxşı nəticəsi olur. Prezidentlər, keçmiş Baş nazirlər, dövlət başçıları qarşılıqlı anlaşma nümayiş etdirirlər`, - deyə V.Yuşşenko qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti