Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb.
Qarşılama mərasimində aviasiya bazasının komandiri general-leytenant Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


