Sumqayıt yolundakı süni təpələr sökülür - FOTOLAR

Sumqayıt yolundakı süni təpələr sökülür - FOTOLAR
  09 Mart 2016    Oxunub:5003
Bakı-Sumqayıt yolunun kənarında yaradılan süni təpələr sökülür.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, Bakı Avtovağzalının qarşısından keçərək “Şamaxinka” adlanan əraziyə qədər təpəciklər sökülür. Buna səbəb həmin ərazidə tıxacların yaranmasıdır.

“Həmin hissədə müəyyən sıxlıq yaranırdı. Bu baxımdan süni yaradılan təpəciyin bir hissəsinin sökülməsi işləri aparılır. Söküntü başa çatdıqdan sonra yol birbaşa açılacaq və avtomobillər manevr etmədən “Şamaxinka”ya daxil ola biləcəklər. Ərazidə təxminən 7-8 metr hissə söküləcək”,-deyə A.Nəcəfli vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Sumqayıt yolunda süni təpələr sökülür. Süni təpələr Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaradılmışdı.

Anar Kəlbiyev
AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti