Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  09 Mart 2016    Oxunub:1588
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Siyəzən şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, martın 11-də nəzərdə tutulan görüş martın 16-na keçirilib. Qəbulda Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Görüş Siyəzən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 055-768-19-10, 023-323-00-14) xahiş olunur.




Teqlər:






Xəbər lenti