Bir ayda 119 min ailəyə sosial yardım verilib
"Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanına əsasən, nazirlik tərəfindən yaradılan ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi cari il fevralın 15-dən etibarən əhalinin xidmətindədir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlərin edilməsi artıq elektron qaydada həyata keçirilir və yardım təyinatı prosesi tam avtomatlaşdırılmış şəraitdə yerinə yetirilir.
Bununla da ünvanlı dövlət sosial yardımı sistemində məmur-vətəndaş əlaqəsinin aradan qalxmasını şərtləndirən və sosial yardımların təyin edilməsində məmur müdaxiləsi mümkün olmayan müasir və şəffaf xidmət sisteminin qurulması təmin edilib", - nazirlikdən bildirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


