İlham Əliyev keçmiş prezidentlərlə görüşdü

İlham Əliyev keçmiş prezidentlərlə görüşdü
  09 Mart 2016    Oxunub:2239
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenkonu qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Serbiya Respublikasının keçmiş Prezidenti Boris Tadiçi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən qısa vaxt ərzində böyük işlər görüldüyü və bu qurumun mühüm beynəlxalq təşkilata çevrildiyi məmnunluqla qeyd edilib, Mərkəzin təşkil etdiyi Qlobal Bakı Forumunda müzakirə olunan məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb, ölkəmizin təbliğində Forumun əhəmiyyətindən danışılıb.

Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən A. Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışılıb, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olunub, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.

A. Al-Macali İordaniya kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti