`Düşmən qoyun-quzu sürüsündən də qorxur` - Müdafiə Nazirliyi

`Düşmən qoyun-quzu sürüsündən də qorxur` - Müdafiə Nazirliyi
  09 Mart 2016    Oxunub:2855
Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində Silahlı Qüvvələrimiz tərəfindən kəşfiyyat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az- a bildirilib ki, qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir:

“Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir. Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti