`Elə bil İlhaməni mən öldürmüşəm...` - Əli Mirəliyev

  09 Mart 2016    Oxunub : 13992
`Elə bil İlhaməni mən öldürmüşəm...` - Əli Mirəliyev
“İlhamə Quliyevanın ölümündən sonra hamı üstümə tökülüb. Elə bil onu mən öldürmüşəm. Tanıyan da, tanımayan da məndən İlhamənin sərvətini, maşınını soruşur. Bir daha deyirəm mənə onun pulu, maşını, evi heç nəyi lazım deyil”
Bunu AzVision.az-a açıqlamasında fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın qohumu, müğənn Əli Mirəliyev deyib.

Sənətçi bundan sonra İlhamə Quliyeva ilə bağlı mətbuata açıqlama verməyəcəyini bildirib: “Artıq bu söhbətlərdən bezmişəm. Yazırlar ki, Əli Mirəliyev İlhamənin sərvətini ələ keçirmək istəyir. Allah hamının özünə versin, onun sərvəti mənim nəyimə lazımdır. Cana yığılmışam. Kim nə deyir, desin. O var-dövlət, o da İlhamənin oğlu Orxan, nə istəyir eləsin. Mən daha onların işinə qarışmayacağam”-deyə Ə.Mirəliyev vurğulayıb.

Qeyd edək ki, ölümündən sonra da İlhamə Quliyeva ətrafında xoşagəlməz söz-söhbətlər səngimək bilmir. Xalq artistinin mirası uğrunda oğlu Orxan Nadirovla qohumu Əli Mirəliyev arasında günlərdir qalmaqal yaşanır. Əli Mirəliyev İlhamə Quliyevanın mirasının oğluna qalmayacağını deməklə qarşı tərəfinə hiddətinə tuş gəlib.

Gültəkin Ələsgər
AzVision.az

Teqlər: