Ötən gün 85 cinayət faktı qeydə alınıb

Ötən gün 85 cinayət faktı qeydə alınıb
  09 Mart 2016    Oxunub:1348
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 85 cinayət faktından 38-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib. Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.

AzVision.az


Teqlər:  






Xəbər lenti