Ramil Usubov iranlı generalla görüşdü
R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.
Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və qeyd olunub ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.
General-mayor Q.Rezayi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib, ölkəmizdə yaradılmış sabitlikdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib. O, qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sənədlər eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin və xalqların mənafelərinə tam uyğundur və bu, bütün sahələrdə, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə müsbət təsir göstərir.
İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


