200-ə yaxın məhbus əfv oluna bilər - Əfv Komissiyası

200-ə yaxın məhbus əfv oluna bilər - Əfv Komissiyası
  10 Mart 2016    Oxunub:3062
“Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına baxılması üçün daxil olan 400 müraciətin 200-ə qədərinə müsbət cavab verilib”.

Bu barədə AzVision.az-a komissiyanın üzvü Rəşad Məcid bildirib.

R.Məcid Novruz bayramı ilə əlaqədar yaxın günlərdə əfv sərəncamının veriləcəyini istisna etməyib.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib və hazırlanan siyahı ölkə başçısına təqdim edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti