Bakıda ailə faciəsi: ər-arvad dəm qazından ölüb

Bakıda ailə faciəsi: ər-arvad dəm qazından ölüb
  10 Mart 2016    Oxunub:1596
Bakıda dəm qazı yenə can alıb.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Martın 9-da Binəqədi qəsəbəsində yaşayan- Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. X.Rüstəmov və həyat yoldaşı A.Rüstəmova evdə ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  






Xəbər lenti