`Avtovağzal` yaya kimi istifadəyə veriləcək - Açıqlama

`Avtovağzal` yaya kimi istifadəyə veriləcək - Açıqlama
  10 Mart 2016    Oxunub:4431
“Hazırda "Avtovağzal" və “Memar Əcəmi-2” metro stansiyalarında son tamamlama işləri aparılır”.
Bunu AzVision.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, "Avtovağzal" stansiyası yaya kimi istifadəyə veriləcək.

""Avtovağzal" metro stansiyası bu ilin birinci yarısına qədər vətəndaşların ixtiyarında olacaq. Stansiyanın giriş hissəsi tamamilə hazırdır. Stansiya ərazisində abadlıq işləri aparılır. Daxildə isə avadanlıqların quraşdırılması və sazlama işləri görülür”.

Qeyd edək ki, uzunluğu 2 km 200 metr olan stansiya 6 giriş-çıxışdan ibarətdir. Hazırda ərazidə bərkitmə işləri həyata keçirilir. Yeni stansiya 25 il istismar müddəti olan eskalatorlarla təmin ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti