Samir Şərifovla bağlı ittihamlara Reaksiya

Samir Şərifovla bağlı ittihamlara Reaksiya
  10 Mart 2016    Oxunub:3445
Bu gün bəzi yerli mətbuat orqanlarında Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub.
Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

AzVision.az xəbər verir ki, APA bu iddialarla bağlı Maliyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev sorğuya cavab olaraq bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

AzVision.az


Teqlər:  





Xəbər lenti