Martın 23-də Ay tutulacaq

Martın 23-də Ay tutulacaq
  10 Mart 2016    Oxunub:1854
Bu ilin ilk Ay tutulması hadisəsi martın 23-də qeydə alınacaq.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Azərtac-a bildirib ki, ilk Ay tutulması saat 13:42-də başlanacaq, saat 15:48-də maksimum səviyyədə olacaq, saat 17:54-də isə başa çatacaq. Bu tutulmalar kölgəvari sayıldığından bu prosesi gözlə görmək mümkün olmayacaq. Tutulma Sakit Okean, Asiya, Avstraliya, Meksika, Cənubi Amerika və Antraktidada müşahidə ediləcək.

Qeyd olunub ki, növbəti Ay tutulması sentyabrın 16-da qeydə alınacaq. Saat 21:57-də başlanacaq hadisə 23:55-də maksimum səviyyədə olacaq, saat 01:54-də isə başa çatacaq. Bu təbiət hadisəsi də yarımkölgəvari Ay tutulmasıdır. Azərbaycanda bu tutulmanı qismən müşahidə etmək mümkün olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti