Prezident daha iki görüş keçirdi

Prezident daha iki görüş keçirdi
  10 Mart 2016    Oxunub:1372
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.
AzVision.az-ın məlumatına görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulanıb. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edilib.

Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirilib.

Bundan əlavə prezident İlham Əliyev Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirilib.

Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.

AzVision.az


Teqlər:






Xəbər lenti