`Əli Kərimli tarixdə satqın kimi qalacaq`

`Əli Kərimli tarixdə satqın kimi qalacaq`
  10 Mart 2016    Oxunub:4302
`Əli Kərimlinin ona yüksən etimad göstərən Əbülfəz Elçibəyə etidyi xəyanətlər heç vaxt tarixdən silinməyəcək. Neçə ki, əsrin əvvəllərində Məmməd Əmin Rəzulzadəni satmış Əliabbas Səfərbəyovun əməli 100 ildən sonra deyilir. Əli Kərimli də tarixdə milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi qalacaq`.

Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, Nəsrulla Səfərbəyovla Əli Kərimlinin heç bir fərqi yoxdur: “Əli Kərimli öz keçmiş ənənəsinə sadiqdir. Kim onun kimi düşünmürsə, onu tənqdi edirsə, bütün fəaliyyətini həmin adamı təhqir etməyə yönəldir. `Aykaoff`, `Günka`, `Lala Bakinic` və s. saxta profillərlə həmin şəxsə qarşı sosial şəbəkədə hucum təşkil edir. O, hələ də komsomol təfəkküründən əl çəkə bilmir. Özünün yaşı artsa da, dünya görüşü cığal uşaq səviyyəsindədir. Başını belə işlərlə qatır və düşünür ki, guya siyasətlə məşğul olur”.


Teqlər:





Xəbər lenti