Ermənistanda Azərbaycan filmi göstəriləcək

Ermənistanda Azərbaycan filmi göstəriləcək
  12 İyul 2013    Oxunub:1107
Azərbaycanlı rejissor Elmar İmanovun qısametrajlı filmi bu il Ermənistanda keçiriləcək “Qızıl ərik” beynəlxalq film festivalının proqramına daxil edilib.
Erməni mətbuatının yazdığına görə, Azadlıq radiosuna açıqlamasında festivalın direktoru Mixail Stambolsyan Almaniya istehsalı olan, azərbaycanlı rejissorun filminin müsabiqədə iştirakını şərh edib və “Rejissorlar üçün sərhəd yoxdur. Bizim hətta erməni-türk platformamız da var. Ona görə də bu, bizim üçün o qədər önəmli məsələ deyil. Biz filmin hansı ölkədən gəldiyinə deyil, yaxşı və ya pis film olmasına baxırıq” deyib.

Qeyd edək ki, Almaniyada yaşayan gənc azərbaycanlı rejissor Elmar İmanov ötən il ən yaxşı xarici film nominasiyasında "Tabut düzəldənin yelləncəyi" qısametrajlı filminə görə Amerika Kinoakademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti